29 Aprel 2024
Rusiya Ukraynanı "İskəndər" raketləri ilə vurdu - Ölən və yaralananlar var - FOTO

Rusiya Ukraynanı "İskəndər" raketləri ilə vurdu - Ölən və yaralananlar var - FOTO

30 Sentyabr 2022
Baxış: 337

Rusiya Ukraynanın "Dnepr" şəhərinə "İsgəndər" raketləri ilə zərbələr endirib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Dnepropetrovsk OVA-nın rəhbəri Valentin Rezniçenko teleqramda məlumat yayıb.

O bildirib ki, hücum nəticəsində bir mülki şəxs ölüb, 5 nəfər isə yaralanıb:

"Düşmən raketləri nəqliyyat şirkətini məhv edib. Zərbə nəticəsində baş verən yanğın zamanı 52 avtobus yanıb, daha 98 avtobusa isə ziyan dəyib. Şəhərdə bir neçə hündürmərtəbəli binalar, idman zalı, mağaza və inzibati binalar dağıdılıb. Xilasedicilər gecə saatlarından ərazidə işləyir və dağıntının miqyasını araşdırır".