29 Aprel 2024
Rusiya sülhməramlısı ermənilərdən şikayətləndi: " Hər şeyi pulla verirlər, əvvəl belə deyildilər"

Rusiya sülhməramlısı ermənilərdən şikayətləndi: " Hər şeyi pulla verirlər, əvvəl belə deyildilər"

19 Avqust 2021
Baxış: 949

Rus sülhməramlılarının Qarabağdakı missiyasının gündəlik həyatı ilə bağlı bir sıra teleqram kanallarında reportaj və açıqlamalar yayımlanır.

AJMEDİA.İNFO konkret.az-a istinadla xəbər verir ki, sülhməramlı kontingentdən bir rus hərbçisinin son açıqlaması isə olduqca maraqlı tərəfləri ilə diqqəti cəlb edib.

Belə ki, 2020-ci ilin noyabrında Qarabağa gəldiyini qeyd edən rus əsgərijndən biri vurğulayıb ki, “Yerli ermənilər əvvəlcə bizdən heç pul götürmürdülər. İndi hər şey dəyişib. Bizə qarşı münasibət əvvəlki kimi deyil”.

Rus sülhməramlı Qeqarkunik bölgəsində gərginliyi xatırladaraq qeyd edib ki, erməni təxribatları dayanmaq bilmir. Nəticədə ermənilər postları itirirlər. Avtomobillərdə axtarış aparılmasına münasibət bildirən sülhməramlı deyib ki, yerli ermənilərdən münaqişə bitdikdən sonra çoxlu sayda silahlar müsadirə edilib.

“Bu yaxınlarda bir erməni çətənə ilə tutuldu. Bir dəfə isə 80 yaşlı bir qadının cəsədinin aparıldığı bir avtomobili saxladıq”, – deyən rus əsgər vurğulayıb ki, o, heç vaxt Qarabağdakı kimi saysız-hesabsız mina sahəsinə rast gəlməyib. Sülhməramlıya görə, ermənilər o qədər tez geri çəkildilər ki, bir çox sahələr belə qeydiyyata alınmadı.