28 Aprel 2024
"Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidən..." - MN-dən SON DƏQİQƏ AÇIQLAMASI

"Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidən..." - MN-dən SON DƏQİQƏ AÇIQLAMASI

14 Noyabr 2022
Baxış: 483

Noyabrın 13-ü axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

AJMEDİA.İNFO-ya bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bundan başqa, noyabrın 14-ü saat 04:00-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atəşə tutulub.

Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.