29 Aprel 2024
Rusiya sülhməramlıları azərbaycanlıların aksiya keçirdiyi əraziyə ƏLAVƏ TEXNİKA YIĞIR - VİDEO

Rusiya sülhməramlıları azərbaycanlıların aksiya keçirdiyi əraziyə ƏLAVƏ TEXNİKA YIĞIR - VİDEO

12 Dekabr 2022
Baxış: 434

Xəbər verdiyimiz kimi, bu gün Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələri aksiya keçirir.

AJMEDİA.İNFO-nun məlumatına görə, aksiyada iştirak edən jurnalist Niyaz Niftiyev “Qafqazinfo”ya bildirib ki, aksiyanın həyata keçirildiyi ərazidə olan Rusiya sülhməramlılarının hərbçilərinin sayı, o cümlədən texnikanın sayı artırılır. Belə ki, aksiya başlayanda hadisə yerində Rusiya sülhməramlılarına məxsus bir hərbi texnika xidmət aparırdısa, hazırda onların sayı artırılıb.

Bir saatdan çoxdur davam edən aksiyada etirazçılar Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər. Onlar QHT nümayəndələri və aktivistlər Qarabağ iqtisadi rayonunda həyata keçirilən ekoloji terrorun dayandırılmasını tələb edirlər.

***

Aksiyanı işıqlandıran jurnalist Niyaz Niftiyev bildirib ki, hazırda Rusiya sülhməramlılarının rəhbər heyətində təmsil olunan mayor və polkovnik rütbəli şəxslər hadisə yerinə gəliblər.