28 Aprel 2024
Rusiya rəsmisinin Zelenski Ukraynadan qaçıb deməsinə Rəsmi Kiyevdən SƏRT REAKSİYA

Rusiya rəsmisinin Zelenski Ukraynadan qaçıb deməsinə Rəsmi Kiyevdən SƏRT REAKSİYA

05 Mart 2022
Baxış: 425

“Rus işğalçıları Xerson vilayətində informasiya müharibəsi aparmağa davam edirlər. Bu dəfə onlar prezident Volodimir Zelenskinin Ukraynanı tərk etməsi ilə bağlı saxtakarlığa əl atıblar. Bu məlumat həqiqətə uyğun deyil”.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Ukrayna Dövlət Xüsusi Rabitə Xidmətindən məlumat verilib.

“Bu doğru deyil. Prezident Kiyevdədir. O, öz xalqının yanındadır! Bu məlumatı Xerson vilayətindən olan tanışlarınıza, dostlarınıza, qohumlarınıza bütün mümkün vasitələrlə çatdırın”, – mesajda deyilir.

Qeyd edək ki, bu gün Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin öz teleqram kanalında Zelenskinin Polşaya qaçdığını iddia etmişdi. (Publika.az)