09 May 2024
Rusiya Müdafiə Nazirliyi yaydığı məlumatda "Dağlıq Qarabağ" ifadəsini İŞLƏTDİ - FOTO

Rusiya Müdafiə Nazirliyi yaydığı məlumatda "Dağlıq Qarabağ" ifadəsini İŞLƏTDİ - FOTO

16 Avqust 2021
Baxış: 1276

Rusiya Müdafiə Nazirliyi rəsmi surətdə Qarabağda qanunsuz yerləşdirilən Ermənistan ordusunu “Dağlıq Qarabağın silahlı birləşmələri” adlandırıb.

AJMEDİA.İNFO bildirir ki, məlumatda deyilir:

“Avqustun 11-i saat 7:29-dan 7:58-ə kimi Azərbaycan ordusu Dağlıq Qarabağın erməni birləşmələrinin mövqelərini iki dəfə atəşə tutub”.

Rusiya müdafiə nazirliyinin məlumatında “Dağlıq Qarabağ” ifadəsi işlənib, sülhməramlıların məsuliyyət zonasındakı erməni silahlıları qanunsuz hərbi birləşmələr adlandırılmayıb. Bundan başqa ruslar atışma qeydə alınan Şuşanın Sarıbaba kəndini Yexstahoq olaraq qeyd ediblər.
Yexstahoq Sarıbabaya ermənilər məskunlaşdırıldıqdan sonra kəndə verilən ad olub.

Bütün bunlar vasitəçi rolunu üzərinə götürən Kremlin də üçtərəfli bəyanatın şərtlərinə əməl etmədiyinə sübutdur.