29 Aprel 2024
Rusiya generalı GİZLƏNİR: Aksiyaçıların qarşısına "sülhməramlı" polkovnik sərxoş çıxdı - VİDEO

Rusiya generalı GİZLƏNİR: Aksiyaçıların qarşısına "sülhməramlı" polkovnik sərxoş çıxdı - VİDEO

12 Dekabr 2022
Baxış: 486

Xəbər verdiyimiz kimi, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçirirlər.

AJMEDİA.İNFO Teleqram kanallarına istinadən xəbər verir ki, etirazçılar Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər. Lakin bu saatadək Volkov etirazçıların tələblərini dinləməyə gəlməyib. Onun əvəzində etirazçıların qarşısına sülhməramlıların polkovnik rütbəli hərbçisi çıxıb. Etirazçılar ondan Volkovun hadisə yerinə gəlməsini tələb edirlər. Aksiyada iştirak edənlərdən biri rus polkovnikin içkili olduğunu bildirib.

"Bu sərxoşdur, bundan spirt qoxusu gəlir", - deyə o, bildirib.

(BakuPost.az)