09 May 2024
Rus sülhməramlısı Azərbaycan bayrağını YERƏ ATDI - VİDEO

Rus sülhməramlısı Azərbaycan bayrağını YERƏ ATDI - VİDEO

07 İyul 2023
Baxış: 311

Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələri Azərbaycan bayrağına qarşı hörmətsizlik ediblər.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə görüntülər teleqram kanallarında yayılıb.

Ötən ayın 15-də qeydə alınan kadrlarda görülür ki, sülhməramlı kontingentinin nümayəndəsi Azərbaycan bayrağı olan dirəyi aşırıblar.

Məsələ ilə bağlı hər hansı rəsmi açıqlama yoxdur.

Qeyd edək ki, həmin tarixdə - 15 iyun 2023-cü il tarixdə saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb.