28 Aprel 2024
Rus sülhməramlıları və İranın Azərbaycana qarşı növbəti təxribatı - Rüstəm Tağızadənin ŞƏRHİ

Rus sülhməramlıları və İranın Azərbaycana qarşı növbəti təxribatı - Rüstəm Tağızadənin ŞƏRHİ

13 Sentyabr 2021
Baxış: 1033

Rusiya sülhməramlılarının yeni komandanı general-mayor Mixail Kosobokov İrəvanda Ermənistanın Müdafiə naziri Arşak Karapetyanla görüşüb. Rusiya sülhməramlılarının əvvəlki komandanı olan Rüstəm Muradovun səlahiyyət müddəti başa çatdığı. Rüstəm Muradov vətəni Dağıstana qayıtdıqdan sonra Mahaçqala şəhərində ifadə verib.

"Sülhməramlılar Azərbaycan, Ermənistan və Rusiya tərəfinin imzaladığı razılaşmaya əsasən, münaqişənin bitməsindən sonra 5 il ərzində Qarabağda olacaq. Bu müddətdən sonra onların Qarabağda qalma müddətinin uzadılması barədə qərar veriləcək".


Rüstəm Muradov nə üçün belə açıqlama ilə çıxış edib?

Bildiyimiz kimi 10 noyabr razılaşmasına görə tərəflərdən biri istəmədikdə Rusiya sülhməramlıları 5 ildən sonra Qarabağdan çıxmalıdır. Ancaq keçmiş komandan Rüstəm Muradov bu ifadə ilə bir daha göstərdi ki, Rusiya ənənəvi olan təxribatından əl çəkmir. Bundan başqa sülməramlıların yeni komandanı olan Mixail Kosobokov Bakıya gəlmədi. İlk növbədə İrəvanda Ermənistanın Müdafiə naziri ilə görüş keçirdi. Mixail Kosobokov ilk öncə Bakıya gəlməli idi. Çünki Rusiya sülhməramlılarının müvəqqəti olaraq yerləşdiyi ərazi Azərbaycanın sərhədləri daxilindədir. Bu isə Rusiyanın Azərbaycana qarşı növbəti təxribatıdır. Separatçı Abxaziyada xidmət edən generalı Qarabağda sülhməramlıların komandanı təyin edən Rusiyanın siyasi maraqları göz önündədir. Rüstəm Muradovun açıqlamaları isə Rusiyanın 5 ildən sonra Qarabağda qalmaq planından xəbər verir. Baş verənlərin fonunda Rusiyanın siyasəti daha aqressiv xarakter daşıyır.


Rusiya sülhməramlıları ilə İranın işbirliyi: İrandan gələn yük maşınlarını Rusiya sülhməramlıları Laçın dəhlizindən buraxıb Qarabağa getməsinə icazə verirlər. Dəfələrlə video çəkilişlərlə sübut olunmasına, İrana nota verilməsinə baxmayaraq İran hökuməti Ermənistana yardımçı olmaqdan vaz keçmək istəmir. İran öz ampulasında qalaraq Azərbaycana qarşı olan niyyətindən əl çəkmir. 10 noyabr Bəyanatından sonra Laçın dəhlizinin rusların əlində olması şübhə yaratmırdı ki, bu kimi hallar baş verəcək. Baş verən son hadisələrdən sonra Sputnik Armenia” saytı Ermənistan Milli Təhlükəsizlik Xidmətinə (MTX) istinadla Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşlarının Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində İrana məxsus yük maşınlarını yoxladığına dair məlumat yayıb. İrana verilən notalar artıq öz əhəmiyyətini itirmişdir. Bu kimi yoxlamaların olması isə təqdirəlayiqdir. Bu gün Laçın dəhlizindən Qarabağa yük daşıyan İran sabah qanunsuz miqrant da gətirə bilər. Əfqanıstandan gələn miqrantları Qarabağa keçirmək İranın yük maşınları ilə mümkündür. Necə ki, İkinci Qarabağ müharibəsindən əvvəl Ermənistan hökuməti Qubadlıya Suriyadan, Livandan etnik erməniləri köçürürdülər. Baş verən prosesləri Azərbaycan dövləti daha yaxından izləməli və qəti addımlar atmalıdır. İran öz ampulasında qalaraq gələcəkdə də bu kimi təxribatlar atacaq.

Rüstəm Tağızadə,

politoloq

AJMEDİA.İNFO