29 Aprel 2024
Rus pilotlar Ermənistanda təlimlərə başladı

Rus pilotlar Ermənistanda təlimlərə başladı

26 Mart 2023
Baxış: 409

Rusiyanın Cənub Hərbi Dairəsinin Ermənistandakı hərbi bazasının ordu aviasiyasının Mi-8MTV-5 və Ka-52 helikopterlərinin ekipajları yüksək dağlıq ərazilərdə təlim uçuşları həyata keçiriblər.

Bu barədə Cənub Hərbi Dairəsi məlumat yayıb.

“Dağlıq ərazidə ekipajlar günün müxtəlif vaxtlarında, o cümlədən, ultra aşağı diapazonlarda mürəkkəb manevrlər həyata keçirib, hazırlıqsız yerə enmə, axtarış-xilasetmə işlərini, dağlıq ərazidə şərti yaralıların təxliyəsini yerinə yetiriblər. Təlimə hərbi bazanın 120-dən çox şəxsi heyəti və 20 ədəd texnikası cəlb olunub”, - məlumatda bildirilib.axar.az