27 Aprel 2024
“Rus hərbçilərinin Azərbaycanla sərhəddə yerləşdirilməsi yalnız Bakının icazəsi ilə mümkündür” - Lukyanov

“Rus hərbçilərinin Azərbaycanla sərhəddə yerləşdirilməsi yalnız Bakının icazəsi ilə mümkündür” - Lukyanov

06 Avqust 2021
Baxış: 751

“Moskva üçün Rusiya hərbçilərinin Azərbaycanla sərhəddə yerləşdirilməsi olduqca mürəkkəb və mübahisəli məsələdir”.

AJMEDİA.İNFO konkret.az-a istinadən xəbər verir ki, bu fikirlərin müəllifi rusiyalı jurnalist Fedor Lukyanovdur. Onun sözlərinə görə, əgər Ermənistan belə bir xahiş edirsə, o zaman Rusiya bunu sadəcə rədd edə bilməz. Çünki Ermənistan Rusiyanın hərbi müttəfiqidir.

Digər tərəfdən reallığa baxsanız Rusiya hərbçilərinin Azərbaycanla sərhəddə yerləşdirilməsi yalnız rəsmi Bakının mövqeyi nəzərə alınmaqla mümkündür.

Lukyanov deyir ki, Azərbaycan Türkiyəni özünün strateji və hərbi müttəfiqi hesab edir və bu əlaqələr daha da güclənir. Buna baxmayaraq Moskva rəsmi Bakı ilə münasibətləri son dərəcə əhəmiyyətli hesab edir.