Bu bürclər mayda PUL İTİRƏCƏKLƏR - XƏBƏRDARLIQ!
Cümə 18:00Respublika Neyrocərrahiyyə Xəstəxanasında YANĞIN OLDU
07 İyul 2021
Baxış: 773
Bu gün saat 17:43-də Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasının həyətyanı ərazisində yanğın olması barədə məlumat daxil olub.
AJMEDİA.İNFO xəbər verir ki. məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğının genişlənməsinin qarşısı alınıb, yanğın saat 17:52-də söndürülüb.
İlkin məlumata əsasən, xəstəxananın həyətyanı ərazisində karton və taxta tullantıları təqribən 10 kv.m sahədə yanıb. Xəstəxana binası yanğından mühafizə olunub.