27 Aprel 2024
Ramzan Kadırovun "sağ əli" Ukraynada öldürüldü - FOTO

Ramzan Kadırovun "sağ əli" Ukraynada öldürüldü - FOTO

04 Aprel 2022
Baxış: 597

Ukraynada Kadırov qruplaşmasının komandiri, Rusiyanın Qroznı şəhərindən olan Ruslan Əzizov (Stinqer ləqəbli) məhv edilib.

AJMEDİA.İNFO xarici KİV-ə istinadən xəbər verir ki, Stinqerin harada məhv edildiyi hələlik bildirilmir. Bu barədə müxalif çeçen bloger Xasan Xalitov "Telegram" kanalında məlumat verib.

Xalitov Əzizovun məhv edilməsi barədə qohumuna məlumat verən kadırovçulardan birinin telefon danışığının dinlənilməsini yayıb.

Əzizovun məhv edilməsi ilə bağlı məlumatı Odessa hərbi administrasiyasının spikeri Sergey Bratçuk da təsdiqləyib.

“Kadırovçuların özləri isə Stinqer ləqəbli komandirləri Ruslan Əzizovun ölümünü artıq təsdiqləyiblər”,- deyə Sergey Bratçuk özünün "Telegram" kanalında yazıb.

(Unikal.org)