28 Aprel 2024
Ramzan Kadırovdan TARİXİ SƏHV - Putinin hərbi planını İFŞA ETDİ

Ramzan Kadırovdan TARİXİ SƏHV - Putinin hərbi planını İFŞA ETDİ

13 Aprel 2022
Baxış: 479

Ukraynanın işğalı zamanı Rusiya lideri Vladimir Putini dəstəkləməsi və bu ölkəyə döyüşçülərini göndərməsi ilə gündəmdə olan Çeçenistan başçısı Ramzan Kadırov bir həftə ərzində ikinci böyük səhvə yol verib.

AJMEDİA.İNFO xəbər verir ki, çeçenlərin lideri bu dəfə səhvən rus ordusunun hərbi planının yer aldığı bir xəritəni yayımlayıb.

Ötən günlərdə verdiyi açıqlamada Kiyevi işğal edə bilməyincə taktikasını dəyişən rus ordusunun yeni marşrutunu ağzından qaçıran Kadırov Teleqram hesabına yüklədiyi videoda bildirmişdi ki, Rusiya Luqansk və Donetsk vilayətlərini, daha sonra isə Kiyevi “tamamilə azad edəcək” və digər şəhərləri də ələ keçirəcək.

Rusiyanın əməliyyatlarının yalnız Mariupolla məhdudlaşmayacağını deyən Çeçenistan lideri qeyd etmişdi: “Sizi əmin edirəm ki, bir addım belə geri atılmayacaq. Hücumlar təkcə Mariupolda deyil, digər şəhər və kəndlərdə də davam edəcək”.

Putinin işğal planının təfərrüatlarını paylaşaraq gündəmi dəyişən Kadırov bu gün canlı yayımda növbəti tarixi səhvə yol verib. Kadırov Teleqram kanalındakı canlı yayım zamanı stolun üzərində görünən xəritələrdə rus qüvvələrinin döyüş xəttindəki mövqeləri aydın şəkildə əks olunub.(teleqraf.com)