29 Aprel 2024
Ramiz Mehdiyev koronavirusa yoluxdu — Vəziyyəti ağırdır - YENİLƏNİB

Ramiz Mehdiyev koronavirusa yoluxdu — Vəziyyəti ağırdır - YENİLƏNİB

04 İyun 2021
Baxış: 562

Ramiz Mehdiyevin koronavirusa yoluxması ilə bağlı yayılan məlumatlar əsassızdır.

AJMEDİA.info xəbər verir ki, bunu axar.az-a Azərbaycan Elmlər Akademiyasının mətbuat xidmətinin rəhbəri Leyli Namiqqızı deyib:

“Ramiz müəllimin səhhəti qaydasındadır. İşinin başındadır və vəzifəsini icra edir”.

Qeyd edək ki, bu gün R.Mehdiyevin koronavirusa yoluxduğu və vəziyyətinin ağır olduğu ilə bağlı məlumatlar yayılıb.

***

10:32

AMEA prezidenti Ramiz Mehdiyev koronavirusa yoluxub.

AJMEDİA.info xəbər verir ki, bu barədə Demokrat.az-a AMEA-dan məlumat daxil olub.

Məlumata görə, Ramiz Mehdiyev 1 həftədir ki, koronavirusa yoluxub və müalicə alır.

Vəziyyətinin ağır olduğu bildirilir.

Sayt məlumatı dəqiqləşdirmək üçün AMEA ilə əlaqə saxlasa da, sorğusuna cavab verilməyib.