29 Aprel 2024
Rafael Ağayev karyerası ilə bağlı qərarını açıqladı: “Artıq boks məşqlərinə başlamışam” - FOTO

Rafael Ağayev karyerası ilə bağlı qərarını açıqladı: “Artıq boks məşqlərinə başlamışam” - FOTO

24 Dekabr 2021
Baxış: 524

Karate üzrə beşqat dünya çempionu Rafael Ağayev karyerasını davam etdirəcək.

AJMEDİA.İNFO xəbər verir ki,bu barədə idmançının özü deyib.

“Qərara gəlmişəm ki, bundan sonra Avropa, dünya çempionatı, Avropa Oyunlarında və karate olarsa, İslamiadada iştirak edim. Reytinqdə ilk “32-lik”də yerimi saxlamaq üçün il ərzində keçirilən Premyer Liqa yarışlarından bəzisində də iştirak edə bilərəm”.

O bildirib ki, artıq karatenin biznes yönümlü növündə iştirak etməyə hazırlaşır:

“Yanvarın 5-dək “Combat Karate” ilə müqavilə bağlamalıyam. Müqaviləm 3 illik olacaq. Artıq bunun üçün MMA və boks məşqlərinə başlamışam”.

Qeyd edək ki, bu il Fuceyrə (BƏƏ), Rabat (Mərakeş), Lissabon (Portuqaliya), Bakı (Azərbaycan) və Moskvada (Rusiya) Premyer Liqa yarışları keçiriləcək. Bakıdakı yarış 4-6 sentyabr tarixlərində baş tutacaq. Bu il həmçinin Türkiyənin Qaziantep şəhərində Avropa çempionatı (11-15 may) və Konyada V İslam Həmrəylik Oyunları (9-18 avqust) kimi mötəbər turnirlər təşkil olunacaq. Avropa Oyunları isə 2023-cü ildə Polşanın Krakuf şəhərində keçiriləcək.