09 May 2024
"Qızdırması 40-a çatmışdı, bədənində..." - İlkin Həsəninin ailəsində GƏRGİNLİK ARTDI

"Qızdırması 40-a çatmışdı, bədənində..." - İlkin Həsəninin ailəsində GƏRGİNLİK ARTDI

15 Mart 2024
Baxış: 286

Aparıcı İlkin Həsəninin qızı Alisa xəstəxanaya yerləşdirilib.

AJMEDİA.İNFO Axşam.az-a istinadən xəbər verir ki, bu haqda o, özü məlumat yayıb.

O bildirib ki, övladı virusa yoluxub.

İ.Həsəninin bloger xanımı Aysel isə "Alisanın qızdırması 40-a çatmışdı, bədənində isə səpgilər var idi. Amma qızılca yox, skarlatinadır. Valideynlər bunu qarışdırmasın. Uşağınızda boğaz ağrısı, səpki, qızdırma varsa, qızılca deyib, müalicə etməyin" deyə, bildirib.

O, daha sonra müayinələrdən sonra evə buraxılacaqlarını vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl cütlüyün oğlu Raul da xəstəxanaya yerləşdirilmişdi.