27 Aprel 2024
Qəzada həlak olan hərbçilərimizə şəhid statusu veriləcək - RƏSMİ

Qəzada həlak olan hərbçilərimizə şəhid statusu veriləcək - RƏSMİ

14 Sentyabr 2023
Baxış: 626

Ötən gün yol qəzasında həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçuları- Əliyev Taleh Saleh oğlu, Həsənov Elgün Elşad oğlu və Namazov Nihad Kamrəddin oğluna şəhid statusu veriləcək.

Bu barədə AJMEDİA.İNFO-nun sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov məlumat verib.

P.Sədrəddinov qeyd edib ki, qəza nəticəsində həyatlarını itirən hərbçilərə şəhidlik statusu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə hərbi hissə tərəfindən təqdim ediləcək bildiriş əsasında veriləcək.