29 Aprel 2024
Qazaxıstanda qiymət artımına qarşı olan etirazlarda 95 polis xəsarət aldı - 200 nəfər SAXLANILIB

Qazaxıstanda qiymət artımına qarşı olan etirazlarda 95 polis xəsarət aldı - 200 nəfər SAXLANILIB

05 Yanvar 2022
Baxış: 382

Qazaxıstanın hüquq-mühafizə orqanları ölkənin bir sıra regionlarında baş vermiş aksiyalar zamanı ictimai asayişi pozduğuna görə 200-dən çox insanı saxlayıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Qanunazid hərəkətlər nəticəsində daxili işlər orqanlarının 95 əməkdaşı xəsarət alıb. 37 xidməti avtomobilə ziyan dəyib. İctimai asayişi pozduqlarına görə isə 200-dən çox şəxs saxlanılıb”, - deyə Qazaxıstan Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumatda qeyd olunur.