29 Aprel 2024
Qazaxıstanda etirazçılar meriya və prokurorluq binalarını YANDIRDILAR - VİDEO

Qazaxıstanda etirazçılar meriya və prokurorluq binalarını YANDIRDILAR - VİDEO

05 Yanvar 2022
Baxış: 422

Qazaxıstanın Almatı şəhərində etirazçılar yerli şəhər administrasiyasının (akimat) binasını yandırıblar. Son məlumata görə, etirazçılar akimat binasına daxil olublar. Onların əllərində səs bombaları, həmçinin qalxan və dəyənəklərin olduğu bildirilir.

AJMEDİA.İNFO xəbər verir ki, hazırda aksiyaçıların başqa bir hissəsi prezidentin köhnə iqamətgahına soxulmağa çalışır.

Şahidlərin sözlərinə görə, akimat ərazisində atəş səsləri eşidilir, binanın üstündən qara tüstü qalxır.

Bundan başqa şəhər prokurorluğu binası da yandırılıb.

Mənbə: 24.kg