09 May 2024
"Qarabaşaq yarması və kibrit almaq vaxtı deyil” - Zelenski xalqa MÜRACİƏT ETDİ

"Qarabaşaq yarması və kibrit almaq vaxtı deyil” - Zelenski xalqa MÜRACİƏT ETDİ

20 Yanvar 2022
Baxış: 487

Ukrayna Prezidenti Vladimir Zelenski xalqa müraciət edib.

AJMEDİA.İNFO Ukrayna mediasına istinadən xəbər verir ki, o, müraciətində vətəndaşları “Rusiya təhlükəsi” ilə bağlı təşvişə düşməməyə çağırıb.

“Müharibə artıq səkkizinci ildir ki, davam edir, indi təşvişə düşmək, vəziyyəti gərginləşdirmək, qarabaşaq yarması və kibrit almaq vaxtı deyil”, - deyə Zelenski müraciətində bildirib.

O qeyd edib ki, Ukrayna müharibə istəmir, lakin “müdafiəyə hazırdır”.

Zelenskinin sözlərinə görə, investorlara və biznesə “hücum” məqsədi ilə “Rusiyanın hücumu” barədə hesabatlar hazırlanır.

Qeyd edək ki, rəsmi Moskva açıqlamalarında “Rusiyanın hücum planı” ilə bağlı bəyanatların NATO-nun sərhədyanı bölgələrdə kontingentini artırmaq üçün bəhanə kimi istifadə olunduğunu söyləyib.