28 Aprel 2024
“Qarabağ”ın oyununa bilet tapmayanların NƏZƏRİNƏ!

“Qarabağ”ın oyununa bilet tapmayanların NƏZƏRİNƏ!

16 Avqust 2022
Baxış: 452

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” - “Viktoriya” oyununda qonaq komandanın azarkeşləri tribunada yer almayacaqlar.

AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı “Qarabağ” futbol klubunun rəsmi “Facebook” hesabında məlumat yerləşdirilib.

Əldə olunmuş razılığa əsasən, 2500 ədəd qonaq sektor biletləri yerli azarkeşlər üçün satışa çıxarılacaq.

“Həmin biletləri iticket.az və kassalardan ala bilərsiniz”, - deyə məlumatda qeyd edilib.