28 Aprel 2024
“Qarabağ”ın matçı təxirə salınacaq? - Qurban Qurbanovdan MÜHÜM AÇIQLAMA

“Qarabağ”ın matçı təxirə salınacaq? - Qurban Qurbanovdan MÜHÜM AÇIQLAMA

10 Avqust 2022
Baxış: 497

“Qarabağ” klubu Azərbaycan Premyer Liqasında II turun “Sumqayıt”la səfər matçının təxirə salınması üçün Peşəkar Futbol Liqasına müraciət etməyəcək”.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov açıqlama verib.

O bildirib ki, UEFA Çempionlar Liqasında Çexiyanın “Viktoriya” (Plzen) kollektivi ilə görüşlərlə əlaqədar Premyer Liqa qarşılaşmasını ertələtmək fikirləri yoxdur.

“Çıxıb çempionat matçımızı keçirəcəyik. Sonrasına isə baxarıq”, - deyə Qurbanov əlavə edib.

Qeyd edək ki, “Qarabağ” “Sumqayıt”la oyununu avqustun 13-də “Kapital Bank Arena”da keçirəcək. Matç saat 18:20-də başlanacaq.

“Viktoriya” ilə qarşılaşmalar isə 16 avqustda evdə, 23 avqustda səfərdə olacaq.(report)