28 Aprel 2024
"Qarabağ"ın Avropa Liqasındakı potensial rəqibləri - ADLAR

"Qarabağ"ın Avropa Liqasındakı potensial rəqibləri - ADLAR

24 Avqust 2022
Baxış: 435

Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya”ya uduzan “Qarabağ” yoluna Avropa Liqasında davam edəcək.

AJMEDİA.İNFO xəbər verir ki, avqustun 26-da keçiriləcək püşkatma 15:00-da start götürəcək.

Ağdam klubunun hələ ki, 19 potensialı rəqibi bəllidi. Həmin klubların siyahısını təqdim edirik: “Roma”, “Latsio”(hər ikisi İtaliya), “Mançester Yunayted”, “Arsenal”(hər ikisi İngiltərə), “Braqa”(Portuqaliya), “Feyenoord”(Niderland), “Renn”, “Nant”. “Monako”(hamısı Fransa), “Real Sosyedad”, “Betis”(hər ikisi İspaniya), “Union Berlin”, “Frayburq”(hər ikisi Almaniya), “Şturm”(Avstriya), “Union”(Belçika), “Midtülland”(Danimarka), “Srvena Zvezda”(Serbiya), “Dinamo”(Kiyev, Ukrayna).