28 Aprel 2024
Qarabağdakı sülhməramlıların sabiq komandiri olmuş Rüstəm Muradov yaralandı, bacısı oğlu öldü - FOTO

Qarabağdakı sülhməramlıların sabiq komandiri olmuş Rüstəm Muradov yaralandı, bacısı oğlu öldü - FOTO

23 May 2022
Baxış: 435

Rusiya Qəhrəmanı, Cənub Hərbi Dairəsi komandanının müavini, Qarabağdakı rus sülhməramlılarının sabiq komandiri, general-leytenant Rüstəm Muradovun bacısı oğlu Ukraynada hərbi əməliyyatlar zamanı həlak olub.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.

Məlumata görə, 27 yaşlı Salman Süleymanov tağım komandiri olub. Yanvarın əvvəlində o, həmkarları ilə birlikdə Ukrayna ilə sərhədə aparılıb. Onun döyüşlər zamanı öldüyü deyilir.

General-leytenant Muradovun özü də həmin vaxt xəstəxanada yaralı olub. General bacısı oğlunun dəfn mərasimi üçün xəstəxanadan məzuniyyət götürüb.

(baku.vs)