28 Aprel 2024
“Qarabağdakı ermənilər Ermənistan üçün bir yükdür” - MÜHÜM XANKƏNDİ AÇIQLAMASI

“Qarabağdakı ermənilər Ermənistan üçün bir yükdür” - MÜHÜM XANKƏNDİ AÇIQLAMASI

27 Oktyabr 2021
Baxış: 925

Ekspert: “Hazırda Qarabağdakı etnik ermənilər Ermənistan üçün bir yükdür…”

“Qarabağdakı ermənilər” mövzusu isə məlumdur ki, Ermənistanın əsas problemidir. Müharibədən sonra Ermənistana Qarabağdan xeyli “qaçqınlar” gəlib. Onlar indi həssas təbəqədirlər və hakimiyyətə qarşı qəzəblidirlər, o səbəbdən erməni müxalifəti bu həssas məsələdə spekulyasiyaya meyllidir. Amma məlumdur ki, Moskvada Qarabağdakı ermənilərin taleyi ilə bağlı hansısa sənədin qəbulu gündəmdə deyil. Belə bir gözlənti yoxdur. Amma tədricən bu məsələ də sənədlərdə əks olunmalıdır. Çünki iki xalqın arasında dəmir sədd qurmaq, ayrı yol çəkmək mümkündür, amma bunun da bir sonu olmalıdır. Azərbaycanın mövqeyi məlumdur: Qarabağa qayıtmış ermənilər Azərbaycan vətəndaşıdırlar və hakimiyyət onlara istədikləri vaxt bu hüquqdan yararlanmağa imkan yaratmağa hazırdır. Yəni onlar düşmənçiliyi bir kənara qoyub Azərbaycan qanunları ilə yaşamaq istəsələr, dram deyil, manat xərcləyə, təqaüdlərini Azərbaycan milli pulu ilə və vaxtında ala bilərlər. Amma belə görünür ki, köçmən ermənilər ələ baxmağa öyrəncəlidirlər.

Xəbərlərə görə, Ermənistanın 2022-ci il üçün dövlət büdcəsi layihəsi parlamentdə müzakirə olunur. Büdcə layihəsində Qarabağın sülhməramlı qüvvələrin müvəqqəti nəzarəti altında olan hissəsinə yardım paketi də müzakirə olunub. Rəsmi İrəvan gələn il Qarabağa 303 milyon dollar yardım etməyi planlaşdırır. Həmin vəsait maaş və pensiyaların ödənilməsinə, infrastruktur layihələrinə sərf olunacaq. 2021-ci ildə bu yardımın məbləği 136 milyon dollar təşkil etmişdi.

Bu vəziyyət nə vaxtadək davam edəcək? Aydındır ki, indi ermənilərin manatı xərcləmək imkanları məhduddur, Azərbaycanın heç bir bölgəsinə gedə bilmirlər və sairə. Dramla isə ayda bir dəfə Ermənistandan zəruri ərzaq alıb gətirə bilirlər. Azərbaycan hələ ki humanitar nöqteyi-nəzərdən bu məsələdə inad göstərmir, amma bunun da bir sonu olmalı deyilmi?

Məhəmməd Əsədullazadə - Publika.Az

Məhəmməd Əsədullazadə

AJMEDİA.İNFO xəbər verir ki, politoloq Məhəmməd Əsədullazadə musavat.com-a bildirib ki, Rusiyada Ermənistan və Azərbaycan liderlərinin nəzərdə tutulan görüşündə iki ölkə arasında münasibətlərin normallaşması müzakirə ediləcək və imzalanan razılaşmaların reallaşması üçün qərarlar verilməsi istisna deyil: “Artıq münaqişə bitib və Azərbaycan üçün status məsələsi yoxdur, müzakirə mövzusu deyil. Azərbaycan Qarabağdakı etnik erməniləri öz vətəndaşları hesab edir və bunu dəfələrlə ən yüksək səviyyədə bəyan edib. Ermənistan tərəfi də mütləq şəkildə bu məsələdə qızışdırıcı mövqe deyil, ermənilərin reinteqrasiyasına dəstək verməlidir. Hazırda Qarabağdakı etnik ermənilər Ermənistan üçün bir yükdür və hesab edirəm ki, danışıqlarda İrəvan konkret olaraq status məsələsini qabardarsa, Azərbaycan ciddi addımlar atmalıdır”.

Ermənistan müxalifəti bəyan edib ki, noyabrda Moskvada gözlənilən görüşdə guya Xankəndi ermənilərinin də taleyi müzakirə olunacaq. Erməni müxalifəti hətta belə bir şüar irəli sürüb: “Ermənilərin Qarabağdan qovulmasına yox…”

Ekspertin sözlərinə görə, Ermənistan hazırkı vəziyyətdə Azərbaycan ərazisində yaşayan etnik ermənilərə maliyyə ayıra bilməz. Ermənistanın bu addımı Azərbaycan qanunlarının pozulmasıdır: “Bu problemi həll etməyin bir yolu var – 10 noyabr üçtərəfli birgə bəyannaməsinə əməl edilməlidir. Həmin bəyannamənin 4-cü, 7-ci bəndlərinin tələbləri yerinə yetirilərsə ermənilərin reinteqrasiyası baş verə bilər, əslində bununla Ermənistan yükdən azad olar. Amma Qarabağdakı bir çox ermənilər Azərbaycan pasportunu qəbul etmir. Azərbaycan bir müddət sonra rəsmən bəyan etməlidir ki, əgər kim Azərbaycan vətəndaşı olaraq bu ölkənin qanunlarına tabel olmaq istəmirsə, Azərbaycan ərazisini tərk edə bilər və bizə münaqişə lazım deyil. Ermənilər qalib Azərbaycanın ərazisində Azərbaycanın vətəndaşlığını qəbul etmədən yaşayıb nəyəsə ümid edib gələcəkdə yenidən baş qaldırmağı düşünürlərsə, biz ciddi hərəkətə keçməliyik. Konkret şəkildə bəyan edilməlidir ki, Azərbaycan vətəndaşı kimi qanunlarımıza tabe olub burada yaşamaq istəyən qalsın, bunu istəməyənlər çıxıb getsinlər Ermənistana. 10 noyabr birgə bəyannaməsinin yerinə yetirilməsi labüddür və bununla etnik ermənilərlə bağlı məsələlər müəyyən qədər yoluna düşə bilər, azərbaycanlılar da Xankəndiyə qayıdar”.