28 Aprel 2024
Qarabağda sülhməramlılarla Azərbaycan hərbçiləri arasında vəziyyət GƏRGİNLƏŞDİ: Muradov 2 BTR GÖNDƏRDİ

Qarabağda sülhməramlılarla Azərbaycan hərbçiləri arasında vəziyyət GƏRGİNLƏŞDİ: Muradov 2 BTR GÖNDƏRDİ

09 Sentyabr 2021
Baxış: 786

“Qarabağda yerləşdirilmiş rus sülhməramlılarla azərbaycanlılar arasında münasibətlər getdikcə gərginləşir”.

AJMEDİA.İNFO ordu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, son vaxtlar hər gün vəziyyət gərginləşir, Şuşa sektorunda yolu bağlayırlar.

“Qarabağdakı mənbələrimizin məlumatına görə, Azərbaycan tərəfi planlaşdırılmış şəkildə vəziyyəti gərginləşdirərək göstərməyə çalışır ki, vəziyyətin sahibi onlardırlar, sülhməramlılar müvəqqətidirlər və sülhü bərqərar etmirlər. Bu yaxınlarda da Şuşaya gedən yolun əvvəlində azərbaycanlılar yol çəkmək üçün texnika cəmləşdiriblər. Xankəndiyə gedən yol bir neçə saat bağlı olub, xəbər sülhməramlılara çatıb. Rüstəm Muradov azərbaycanlı qarnizon xidmətinin rəisi ilə əlaqə saxlayıb. Azərbaycanlı cavab verib ki, yaxşı edirik, bizim yolumuz deyilmi, nə istəsək, edəcəyik. Muradov “hadisə yeri”nə 2 BTR göndərib və Azərbaycan texnikasını məhv etməyi əmr edib”, – deyə nəşr bildirib.