29 Aprel 2024
“Qarabağ”a ödənilən transfer məbləği bilindi

“Qarabağ”a ödənilən transfer məbləği bilindi

23 Dekabr 2021
Baxış: 575

“Qarabağ”ın yeni transferi Rüstəm Əhmədzadə üçün Ukraynanın “Minay” klubuna ödədiyi məbləğ bəlli olub.

AJMEDİA.İNFO xəbər verir ki,bu barədə “Veres”in idman direktoru Vyaçeslav Şevçuk bildirib.

O, “Minay”ın 21 yaşlı hücumçunu 200 min avroya satdığını söyləyib.

Qeyd edək ki, 5 illik müqavilə bağlamış Rüstəm Əhmədzadə ötən il “Minay”a Ukraynanın “Kolos” klubundan 500 qrivna (16 225 avro) dəyərində transfer olunub.

Teqlər: Qarabağ