27 Aprel 2024
"Qarabağ" Belarusda çempion oldu

"Qarabağ" Belarusda çempion oldu

21 Mart 2024
Baxış: 293

"Qarabağ”ın U-14 komandası Belarusun paytaxtı Minskdə keçirilən "Naşe Buduşeye” (Bizim Gələcəyimiz) beynəlxalq turnirin qalibi olub.

AJMEDİA.İNFO xəbər verir ki, Asif Əlizadənin baş məşqçisi olduğu komanda bu gün qarşılaşdığı iki rəqibini məğlub etməklə çempionluğunu rəsmiləşdirib.

Ağdam təmsilçisi yarımfinalda "Pskov”a, finalda isə BATE-yə 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, "Qarabağ"ın U-14 komandası daha əvvəl qrup mərhələsində Rusiya təmsilçiləri "Lavina”ya 6:0, "Rotor”a 2:0 hesabı ilə qalib gəlib, Belarus BATE-sinə uduzub - 0:1.