27 Aprel 2024
Qafqaz Müsəlmanları İdarəsi təcili əhaliyə MÜRACİƏT ETDİ – “Səbirli olun”

Qafqaz Müsəlmanları İdarəsi təcili əhaliyə MÜRACİƏT ETDİ – “Səbirli olun”

03 İyun 2022
Baxış: 401

Tiflisdə saxlanılan Çar Rusiyası dövrünə məxsus Azərbaycanın nəsil şəcərəsi məlumatları haqqında yazmışdıq.



Bu barədə araşdırmamıza əsasən məlum olmuşdu ki, həmən sənədlərin surətləri Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Gürcüstandan alınaraq Bakıya gətirilib.



Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovanın Bizim.Media-ya verdiyi özəl açıqlamaya görə, bu yazıdan sonra əhalinin həmin sənədlərə kəskin marağı artıb. Minlərlə vətəndaşımız Qafqaz Müsəlmanları İdarsinə müraciət edərək nəsil-nəcəabətlərinin tarixi ilə maraqlanırlar.


Rəhimə Dadaşova bildirib ki, müraciətlərin kütləvi hal alması həmin şöbəmizin iş prosesində gətginlik yaradıb:



“Bildirdiyimiz kimi Çar dövrünə aid 70 min nüsxədən ibarət arxiv sənədlərin kopyaları Gürcüstandan alınaraq Qafqaz Müsəlmanları İdarəsinə gətirilib və bunda Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin gərgin əməyi olub. Bu barədə Bizim.Media-da məlumat paylaşılandan sonra vətəndaşların idarəmizə müraciətləri kütləvi hal almağa başlayıb”.



Rəhimə Dadaşovanın sözlərinə görə müraciətlərin sayı həddindən artıq çox olduğu üçün idarənin işçiləri sürətli olaraq müraciətləri cavablamaqda çətinlik çəkirlər, ona görə də saytınız vasitəsi ilə vətəndaşlarımıza müraciət etmək məcburuiyyətindəyik:



“Hazırda Çar dövrünə aid sənədlərin elektronlaşdırılması prosesi aparılır. Bu dəqiqə idarəmizin əsas prioritet istiqaməti budur. Buna görə də, vətəndaşlarımızı məsələ ilə bağlı səbrli olmağa çağırırıq. Bütün işçilərimiz sənədlərin elektronlaşdırılması işinə cəlb olunub və ona görə də müraciətləri davamlı olaraq cavablaya bilmirlər. Sənədlərin elektronlaşdırılmasını sürətləndirmək üçün lazım olduğu təqdirdə digər qurumlardan da dəstək almağı planlaşdırırıq. Sənədlər elektronlaşdırıldıqdan sonra hər kəs asanlıqla mövzu ilə bağlı müraciətinə cavab tapa biləcək”.

AJMEDİA.İNFO

Teqlər: QMİ