27 Aprel 2024
Putindən Roman Abramoviç QADAĞASI - ŞOK İDDİA

Putindən Roman Abramoviç QADAĞASI - ŞOK İDDİA

31 Mart 2022
Baxış: 441

Rusiya mətbuatına milyarder Roman Abramoviçlə bağlı qadağa qoyulub.

AJMEDİA.İNFO xəbər verir ki, bu iddia ilə rusiyalı müxalif jurnalist və aparıcı Kseniya Sobçak çıxış edib.

O bildirib ki, iqtidaryönlü mediaya Roman Abramoviçin Rusiya-Ukrayna danışıqlarındakı rolu barədə yazmaq qadağan edilib və bu qərar birbaşa Rusiya Prezidenti Vladimir Putinə məxsusdur.

Britaniyanın “Daily Mail” qəzeti isə iddianın “Moskva-24”, “TASS” kimi böyük media qurumlarındakı mənbələrdən təsdiqləndiyini yazıb.

Mənbələrdən biri bildirib ki, martın 30-da onlar Kremldən belə bir əmr alıb:

“Artıq Roman Abramoviçin danışıqlarda iştirakından danışmırıq”.

Xatırladaq ki, martın 29-da İstanbulda keçirilən Rusiya-Ukrayna nümayəndə heyətinin görüşünə iş adamı Roman Abramoviç də qatılıb. Rusiya agentlikləri görüşdən əvvəl Abramoviçlə Prezident Ərdoğanın qısa söhbət etdiyini yazıb. Mövzu ilə bağlı açıqlama verən Dmitri Peskov Roman Abramoviçin görüşdə iştirak etdiyini bildirsə də, Rusiya nümayəndə heyətinin rəsmi üzvü olmadığını qeyd edib.Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak isə Abramoviçi “effektiv vasitəçi” adlandırıb.(Konkret.az)