28 Aprel 2024
Putin Soçidə Fələstin lideri ilə GÖRÜŞƏCƏK

Putin Soçidə Fələstin lideri ilə GÖRÜŞƏCƏK

23 Noyabr 2021
Baxış: 607

Rusiya prezidenti Vladimir Putin Soçidə Fələstin lideri Mahmud Abbasla danışıqlar aparacaq.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti bildirib.

“Liderlər Rusiyanın Fələstin-İsrail nizamlanması üçün göstərdiyi səyləri nəzərə alaraq, ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələlərini və Yaxın Şərq regionundakı vəziyyəti nəzərdən keçirəcəklər”, - məlumatda deyilir.

Bundan əvvəl Fələstin Xarici İşlər Nazirliyinin rəhbəri Riyad əl-Maliki məlumat vermişdi ki, məsləhətləşmələr zamanı Fələstin lideri bir sıra beynəlxalq və regional problemlərə, o cümlədən Yaxın Şərqdəki münaqişənin həllinə toxunmağı planlaşdırır.