28 Aprel 2024
Putin müsəlmanları TƏBRİK ETDİ

Putin müsəlmanları TƏBRİK ETDİ

02 May 2022
Baxış: 442

Rusiya Prezidenti Vladimir Putin Rusiya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında deyilir.

Rusiya ilə Ukrayna arasında gedən müharibə zamanı ölkədəki müsəlmanların beynəlxalq sülhə böyük töhfə verdiyinə diqqət çəkən Putin, "Hər bir müsəlman üçün müqəddəs Ramazan ayının sonunu bildirən bu ənənəvi əhəmiyyətli bayram humanitar yardıma sədaqəti simvollaşdırır. Mənəvi dəyərlərin davamlılığına sadiq olan Rusiya müsəlmanları cəmiyyətdə beynəlxalq sülh və harmoniyanın möhkəmlənməsinə, mədəni müxtəlifliyin qorunub saxlanmasına və ölkəmizin prioritet maraqlarının müdafiəsinə dəyərli töhfələr verirlər", - deyə təbrikində bildirib.