27 Aprel 2024
Putin istəyinə ÇATA BİLMƏDİ: Ukraynada marionet dövlət qurmaq arzusu ÜRƏYİNDƏ QALACAQ

Putin istəyinə ÇATA BİLMƏDİ: Ukraynada marionet dövlət qurmaq arzusu ÜRƏYİNDƏ QALACAQ

05 Mart 2022
Baxış: 899

“Müharibə Putinin planı ilə getmədi, Ukrayna qalib gəlməyə qadirdir”.

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri BBC-yə müsahibəsində ABŞ dövlət katibi Entoni Blinken deyib.

“Əgər Moskva hansısa yolla hökuməti devirmək və özünün marionet rejimini qurmaq niyyətində olsa, 45 milyon ukraynalı bu və ya digər şəkildə ondan əl çəkəcək”,- deyə Blinken bildirib.
ABŞ dövlət katibi deyir ki, Ukrayna qüvvələrinin güclü müqaviməti 9 gün ərzində rusların ölkə daxilində hərəkət etməsinə mane olub. O qeyd edib ki, bu müharibənin nə qədər davam edəcəyini bilmir. Eyni zamanda Bliknken Ukrayna xalqının “fövqəladə sabitliyini” yüksək qiymətləndirib.

ABŞ dövlət katibinin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin planlaşdırdığı kimi, müharibə artıq yanlış gedib.

Blinken beynəlxalq ictimaiyyətin Ukraynaya kömək etmək üçün əlindən gələni etməyə sadiq olduğunu bildirib.(konkret.az)