29 Aprel 2024
"Putin “Dünyanın Rəbbi” olacaq" - Baba Vanqadan İDDİA

"Putin “Dünyanın Rəbbi” olacaq" - Baba Vanqadan İDDİA

23 Fevral 2022
Baxış: 426

Sovet İttifaqının “Kursk” sualtı qayığının batmasından tutmuş 11 sentyabr hücumlarına qədər bir çox tarixi hadisələri proqnozlaşdıran Baba Vanqanın illər öncə Rusiyanı təriflədiyi üzə çıxıb.

AJMEDİA.İNFO xəbər verir ki, “Balkanların Nostradamusu” kimi tanınan məşhur falçı illər əvvəl Rusiyanı təriflədiyini və Rusiya prezidenti Putinin “Dünyanın Rəbbi” olacağını iddia edib.

Baba Vanqanın kehanetləri 2018-ci ildə başda İngiltərə mətbuatı olmaqla bir çox media orqanında ortaya çıxıb. Mediada gedən xəbərlərdə Baba Vanqa "Hər şey əriyəcək, yalnız Vladimirin şöhrəti, Rusiyanın şöhrəti qalacaq. Rusiya nəinki sağ qalacaq, həm də dünyaya hakim olacaq" deyə ifadə işlədib.

Qeyd edək ki, Baba Vanqa Rusiya və Vladimir haqqında proqnozunu verəndə Putinin cəmi 27 yaşı var olub.