29 Aprel 2024
Putin açıq şəkildə hədələdi: “Buna cavabsız qala bilmərik”

Putin açıq şəkildə hədələdi: “Buna cavabsız qala bilmərik”

24 Dekabr 2021
Baxış: 506

“Ukraynadakı çevrilişdən əvvəl heç kim Krımın Rusiyaya birləşdiriləcəyini düşünmürdü”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Rusiya lideri ölkəsi ilə Ukrayna arasındakı son gəlişmələrə diqqət çəkib: “Ukraynadakı çevrilişdən sonra (2014-cü ildə) krımlıları qorumaqdan imtina etməyimiz mümkün deyildi. Ukraynadakı çevrilişdən əvvəl heç kim Krımın Rusiyaya birləşdiriləcəyini düşünmürdü. Gördüyümüz odur ki, Ukrayna hökuməti Donbasa qarşı yeni hərbi əməliyyata hazırlaşır. Rusiyanı buna qarışmamağa çağırırlar.

Görünür, Ukrayna hökuməti yeni silah sistemləri alarkən, bizdən buna fikir verməməyimizi, gözümüzü başqa tərəfə döndərməyimizi, Ukraynadakı radikalların davranışlarına əhəmiyyət verməməyimizi istəyirlər. Buna qarşı cavabsız qala bilmərik.

Biz öz təhlükəsizliyimizin gələcəyini düşünməliyik. Bir gözümüz daim Ukraynada baş verənlərə baxır, digər yandan, onların (Ukrayna hökumətinin) nə vaxt hər şeyi alt-üst edib, üz-gözünə bulaşdıracaqlarını görərkən, necə yaşaya bilərik?”.(Teleqraf.com)