27 Aprel 2024
Prokurorluq Ermənistanın keçmiş Baş naziri və ailəsinin əmlakının müsadirə olunmasını istəyir

Prokurorluq Ermənistanın keçmiş Baş naziri və ailəsinin əmlakının müsadirə olunmasını istəyir

18 Mart 2023
Baxış: 401

Ermənistanın Baş Prokurorluğu ölkənin keçmiş Baş naziri Ovik Abramyanın və ailə üzvlərinin əmlakını, avtomobillərini, 21 miyard dram (5 000 000 dollar) məbləğində maliyyə vəsaitinin müsadirə olunmasını tələb edir.

“Sputnik Armenia”ya xəbər verir ki, məlumatı qurum yayıb.

Baş Prokurorluqdan bildirilib ki, O.Abramyan, onun həyat yoldaşı, uşaqları və onlarla əlaqəsi olan şəxslər qanunsuz yolla 59 daşınmaz əmlak, 4 avtomobil əldə ediblər, 20 şirkət yaradıblar və 21 milyard dram qazanıblar. Qurum bunların hamısının müsadirə edilməsini istəyir.

Qeyd edək ki, O.Abramyan 1958-ci il yanvarın 24-də Ermənistanın Qəmərli rayonunun İmanşahlı kəndində doğulub. O, 2014-cü il aprelin 13-dən 2016-cı il sentyabrın 16-dək Baş nazir, 2008-2014-ci illərdə parlament sədri olub.