08 May 2024
Prezident və xanımı Şəhidlər xiyabanını ZİYARƏT ETDİ
Prezident və xanımı Şəhidlər xiyabanını ZİYARƏT ETDİ

Prezident və xanımı Şəhidlər xiyabanını ZİYARƏT ETDİ

20 Yanvar 2024
Baxış: 391

Qanlı 20 Yanvar faciəsindən 34 il keçir. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər.

AJMEDİA.İNFO xəbər verir ki, dövlətimizin başçısı ölkəmizin azadlığı uğrunda həlak olanların xatirəsini yad edib.

Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.