29 Aprel 2024
Polşanın hakim partiyası prezident seçkilərinin tarixini dəyişməyi düşünür

Polşanın hakim partiyası prezident seçkilərinin tarixini dəyişməyi düşünür

04 May 2020
Baxış: 455

Polşanın hakim Hüquq və Ədalət Partiyası mayın 10-da keçirilməsi planlaşdırılan prezident seçkilərinin tarixini mayın 17-də və ya 23-də keçirməyi düşünür.

AZƏRTAC xəbər verir ki, bu fikir partiyanın mayın 4-də keçirilmiş iclasında səsləndirilib. Buna koronavirusla əlaqədar ölkədə yaranmış vəziyyət səbəb olub.

Polşa Baş Nazirinin müavini Yasek Sasin bildirib ki, mayın 10-u səsvermə üçün çətinliklər yaradır. Ona görə də partiya tarixi dəyişmək məsələsinə baxır.

Otuz səkkiz milyon əhalisi olan Polşada koronavirusa 13 min 937 yoluxma faktı qeydə alınıb. Bu xəstəlikdən 683 nəfər dünyasını dəyişib.

Prezident seçkiləri təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən qızğın siyasi müzakirə mövzusu olub. Seçkilərin tarixi ilə bağlı qərar mayın 7-də açıqlanacaq. Senatın iclasında parlamentarilər səsvermənin poçt vasitəsilə keçirilməsi barədə qanun layihəsinə səs verəcəklər. Senat poçt bülletenləri ilə səsvermə qanununu rədd edərsə, müzakirə parlamentin aşağı palatasına qayıdacaq. Burada isə Hüquq və Ədalət Partiyası və onunla həmfikir olan bir sıra partiyaların üzvləri pandemiya zamanı səsvermənin keçirilməsinin əleyhinədirlər. Belə halda hazırkı Prezident Andjey Dudanın səlahiyyət müddəti uzadılacaq. Hətta belə bir təklif də var ki, uzadılma ikiillik olsun və 2022-ci ildəki seçkilərdə artıq Andjey Duda namizədliyini irəli sürməsin.

Son üç gündə belə bir qərarın qəbulu isə polşalılar üçün ciddi narahatlıq doğurur. Politoloqların proqnozlarına görə, seçkilər mayda keçiriləcəyi təqdirdə Prezident Andjey Dudanın yenidən seçilmə ehtimalı çox yüksəkdir.