29 Aprel 2024
Polşadakı sinaqoq daşqalaq edildi

Polşadakı sinaqoq daşqalaq edildi

20 Aprel 2020
Baxış: 1566

Hadisə, İsrail televiziya və radio şirkəti Kan tərəfindən Twitter-də 14 apreldə bildirildiyi kimi, ötən həftə baş verib.

Naməlum şəxs Ağ Leylək altındakı Sinaqoq binasına daş atarkən videoya çəkilib.

Ayrıca Kan, cinayətkarın yerli polis tərəfindən tutulduğunu bildirib.

Ağ Leylək altındakı sinaqoq Vroklavın ən böyüyüdür. Sinaqoq binası Kristallnaçt hadisələrindən, nasistlər içəri daxil olaraq Tövrat lövhələrini yırtdıqdan sonra dəfələrlə bina zərər çəkmişdir.

İşğal illərində sinaqoq nasistlər tərəfindən müxtəlif ehtiyaclar üçün istifadə edilib: bir xidmət stansiyası və yəhudilərdən oğurlanan əşyalar burda yaradılan anbarda saxlanılırmış.