29 Aprel 2024
Polşada karantindən çıxmanın ikinci fazasına başlanılıb

Polşada karantindən çıxmanın ikinci fazasına başlanılıb

04 May 2020
Baxış: 520

Polşada hökumət mayın 4-dən karantin qaydalarının yumşaldılması üzrə ikinci fazanın tətbiqinə başlayıb.

AJM xəbər verir ki, bu faza üzrə ölkədə bütün ticarət mərkəzləri ( bar və restoranlar istisna olunmaqla), inşaat malları mağazaları, ictimai mədəniyyət mərkəzləri, muzey, sərgi və kitabxanalar, tibbi reabilitasiya mərkəzləri, otel və qonaq evləri fəaliyyətə başlayıb.

Mayın 6-dan etibarən isə, uşaq bağçaları fəaliyyətə başlayır.

Kafe, restoran, kinoteatr kimi istirahət obyektlərinin açılması isə cari vəziyyətə bağlıdır. Ölkə üzrə virusun yoluxma sürəti aşağı düşərsə, onların da yenidən işləməsinə icazə veriləcək.

Teqlər: Polşa