08 May 2024
Pilot xəbərdar etdi: "Təyyarədə bomba var!"

Pilot xəbərdar etdi: "Təyyarədə bomba var!"

23 Yanvar 2023
Baxış: 338

Afina Beynəlxalq Hava Limanına eniş edən İrlandiyanın “Ryanair” şirkətinə məxsus “Boeing 738” tipli təyyarəyə bomba qoyulması ilə bağlı məlumat öz təsdiqini tapmayıb.

AJMEDİA.İNFO xəbər verir ki, sərnişinlər və ekipaj üzvləri təxliyə edilib. Sərnişinlər və baqajda partlayıcı maddə olub-olmaması yoxlanılıb.

Hava gəmisində heç bir partlayıcı qurğu aşkar edilməyib.