28 Aprel 2024
Peyvənddə “yad cism” aşkar olundu

Peyvənddə “yad cism” aşkar olundu

27 Avqust 2021
Baxış: 654

Son həftələrdə koronavirusa yoluxma hadisələrinin rekord dərəcədə artması ilə gündəmə gələn Yaponiyada hökumət ABŞ dərman istehsalçısı “Moderna” tərəfindən hazırlanmış peyvəndlərinin bir hissəsinin istifadəsini dayandırmağa qərar verib.

Bu barədə “Haber Global” məlumat yayıb.

Avqustun 1-dən ölkədəki 8 peyvənd mərkəzində istifadə edilməyən 39 peyvənddə “yad cism” aşkar edildiyi açıqlansa da, Yaponiya Səhiyyə Nazirliyi mümkün risk səbəbindən, eyni partiyada istehsal olunan 1 630 000 dozanın istifadəsini dayandırmağa qərar verib.

Buna baxmayaraq, bu günə qədər sözügedən peyvəndlərlə əlaqədar qeyri-adi sağlamlıq probleminin aşkarlanmadığı bildirilib. (Oxu.az)