29 Aprel 2024
Peyvənd olunanların sayı AÇIQLANDI

Peyvənd olunanların sayı AÇIQLANDI

24 Avqust 2022
Baxış: 380

Azərbaycanda son sutkada 1 453 nəfər vaksinasiya olunub.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 249, ikinci doza vaksinlərin sayı 200 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 864-dür. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 140 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 851 752 olub.