09 May 2024
Peskov: “Putin, Əliyev və Paşinyan arasında danışıqlar üç saat davam edib”

Peskov: “Putin, Əliyev və Paşinyan arasında danışıqlar üç saat davam edib”

26 Noyabr 2021
Baxış: 565

Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev, eləcə də Ermənistanın baş naziri Nikol Paşinyan arasında Soçidə üçtərəfli danışıqlar başa çatıb. Danışıqlar üç saata yaxın davam edib.

AJMEDİA.İNFO xəbər verir ki,bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

Danışıqlar zamanı tərəflər xüsusilə Qarabağdakı vəziyyəti müzakirə edib, həmçinin son bir ildə onun sabitləşməsi üçün görülən işləri dəyərləndiriblər.

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin danışıqları Qarabağda atəşkəs bəyannaməsinin imzalanmasının ildönümünə təsadüf edib və Rusiya tərəfinin təşəbbüsü ilə keçirilib.