09 May 2024
Pərviz Bülbülə mollalıq edib: "Ölüyə Quran oxumaqla pul qazanmışam..."

Pərviz Bülbülə mollalıq edib: "Ölüyə Quran oxumaqla pul qazanmışam..."

01 Aprel 2024
Baxış: 298

Meyxanaçı Pərviz Bülbülə ilk qazancını ölənlərin ruhuna dua oxuyaraq qazanmasından danışıb.

AJMEDİA.İNFO xəbər verir ki, o qatıldığı teleproqramların birində 16 yaşında mədrəsə bitirdiyini deyib.

“Bülbülə kəndində mədrəsə bitirmişəm. “Quran” müsabiqəsində qalib olmuşdum. 17 yaşım vardı, nənəm söylədi ki, sən “Qurani-Kərimi” öyrənmisən, get dünyasını dəyişən qohum-əqraba üçün “Quran” oxu. Getdim, oturdum və oxudum.


Bundan sonra bir ailənin başçısı mənə yaxınlaşdı ki, bizim dünyadan köçənlərimiz üçün də “Quran” oxuya bilərsən? Razılaşdım. Həmin şəxs cibimə iki ədəd 50 minlik (o vaxtkı pulla) qoydu. O pula evimizə xalça alıb divardan asdım. Hələ də durur”, - Pərviz bildirib.