09 May 2024
Pensiyalarla bağlı vətəndaşlara SEVİNDİRİCİ XƏBƏR - Yeni dəyişiklik pensiya MƏBLƏĞİNİ ARTIRACAQ

Pensiyalarla bağlı vətəndaşlara SEVİNDİRİCİ XƏBƏR - Yeni dəyişiklik pensiya MƏBLƏĞİNİ ARTIRACAQ

23 Noyabr 2023
Baxış: 396

Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasında dəyişiklik edilib. Nazirlər Kabineti bununla bağlı qərar qəbul edib.

Qərara əsasən, əmək pensiyasının qanunda müəyyən olunmuş minimum məbləğə çatdırılması, indeksləşdirilməsi və maddi yardımın (əvvəlki ildə ödənilmişdirsə) əmək pensiyasının tərkibinə daxil edilməsi ilə bağlı hesablamaların eyni vaxtda aparılması zərurəti yaranarsa, həmin hesablamalar aşağıdakı ardıcıllıqla yerinə yetirilir.

Bəs yeni dəyişikliyin mahiyyəti nədir və bu pensiya məbləğinə necə təsir edəcək

AJMEDİA.İNFO xəbər verir ki, məsələ ilə bağlı danışan Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Referans.az-a bildirib ki, burada məqsəd Əmək pensiyalarına əlçatanlığın daha da artırılmasıdır:

“Əmək pensiyaları ilə bağlı Nazirlər Kabinetinin qərarı məhz əmək pensiyaları haqqında qanuna edilən dəyişikliklərə uyğun olaraq qəbul edilib. Burada məqsəd Əmək pensiyalarına əlçatanlığın daha da artırılması və prosedurların sayının azaldılmasına nail olmaqdır. Çünki nəticə etibarilə tələb olunan sənədlərin sayında azalmalar Nazirlər Kabineti tərəfindən artıq bu təsdiq olundu və tətbiq olunacaq. Eyni zamanda bəzi proseslərin də asanlaşdırılması var”.

Deputat qeyd edib ki, bir sıra hallarda sənəd tələbinin yumuşaldılması həyata keçiriləcək ki, bu da pensiyalara əlçatanlığın artırılması baxımından çox vacibdir. Onun sözlərinə görə, Nazirlər Kabinetinin son qərarı Əmək pensiyası alan və ya almaq hüququ olan vətəndaşlarımızın daha qısa müddətdə əldə etməsi və əlçatanlığın artmasına gətirib çıxaracaq: “Daha az sənədlər təqdim etməklə, daha az proseduru olan Əmək pensiyalarına müraciət hüququ əldə edəcək və təbii ki bu, pensiyaçıların pensiya təminatının yaxşılaşdırılması, eyni zamanda onların mövcud sənədlərlə pensiya məbləğlərinin düzgün hesablanması baxımından vacibdir”.

İqtisadçı-ekspert Xalid Kərimli isə bildirib ki, bu dəyişiklik vətəndaşın xeyrinə olan bir dəyişiklikdir və bunun bir sıra müsbət hallarının şahidi olacağıq:

“Əslində hesablama qaydasının dəyişməsi çox yaxşı bir haldır. Yəni pensiyaçının xeyrinə olan bir məsələdir. 2022-ci ildə biz pensiyaçılara yardımları müşahidə etdik. Yəni həm minimum əməkhaqqı artırıldı, həm hökumət pensiyaçılara 200 manat yardım etdi, sonra isə onu növbəti ildən - 2023-cü ildən pensiya məbləğlərinə hər ay əlavə etməyə başladı, eyni zamanda pensiyaların indeksləşməsi həyata keçirildi. Bunların hər birini biz 2022-ci ilin sonu 2023-cü ilin əvvəlində gördük. Yardımı və indeksasiyanı etdikdən sonra pensiyaçıların pensiyası ola bilsin gəlib minimum pensiyadan yuxarı olurdu və minimum pensiyanın qalxmasının ona təsiri olmurdu”.

İqtisadçının sözlərinə görə, əgər bu cür hallar olarsa, birinci minimum pensiyadan aşağıdırsa, bu minimum pensiyaya qədər artırılacaq və əgər, yardım veriləcəksə, yəni indeksasiyadan əlavə artım veriləcəksə, ondan sonra yığılmış olan daha yüksək məbləğ indeksasiya edəcək və bu da pensiyaçının pensiyasının daha çox hesablanmasına gətirib çıxaracaq.

“Əgər minimum pensiya ilin axırı artırılarsa, bu o deməkdir ki, bütün minimum pensiyadan aşağı olan pensiyala pensiya həddinə artırılacaq və ondan sonra indeksasiya gedəcək. İndeksasiya hər il avtomatik olur, amma minimum pensiya və sosial yardımın pensiyalara əlavə edilməsi hər il olmaya bilər” – deyə Xalid Kərimli əlavə edib.