20 May 2024
Keşlə bazarı sökülür? - RƏSMİ AÇIQLAMA

Keşlə bazarı sökülür? - RƏSMİ AÇIQLAMA

09 May 2024
Baxış: 305

Bir neçə gündür Keşlə bazarının söküləcəyinə dair xəbərlər yayılır. Məlumata görə, yeni salınan yolun bu ərazidən keçməsi planlaşdırılır.

AJMEDİA.İNFO Milli.Az-a istinadən xəbər verir ki, məsələyə Nərimanov Rayon İcra Hakimiyyəti münasibət bildirməyib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən isə İctimai TV-yə bildirilib ki, hazırda tikinti altına düşən yaşayış və qeyri-yaşayış obyektlərinin, həmçinin torpaq sahələrinin ölçüləri hazırlanır. Tikinti altına düşən maneələrin ilkin qiymətləndirilməsi işləri yerinə yetirilir. İşlər yekunlaşandan sonra bu barədə dəqiq nəsə demək olar.