27 Aprel 2024
Pensiya növünü seçmək mümkün olacaq - AZƏRBAYCANDA YENİLİK

Pensiya növünü seçmək mümkün olacaq - AZƏRBAYCANDA YENİLİK

17 Aprel 2022
Baxış: 415

Azərbaycanda pensiyaçılara pensiya növünü seçmək hüququ veriləcək.

AJMEDİA.İNFO xəbər verir ki, bu, "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb.

Belə ki, mövcud qanunvericiliyə görə, əlilliyə görə pensiya alanın yaşa görə pensiya almaq və yaxud yaşa görə pensiya alanın əlilliyə görə pensiya almaq hüququ yoxdur.

Yəni pensiya növünün dəyişdirilməsi hazırda qanunda nəzərdə tutulmur, amma yeni tətbiq ediləcək qanunda bu qadağa aradan qaldırılacaq və vətəndaşın seçim imkanı yaranacaq ki, ya əlilliyə, ya da yaşa görə pensiya alsın. Bizim.Media