09 May 2024
Paşinyan sərhədin müəyyənləşdirilməsinə dair sənədi imzalamaqdan İMTİNA ETDİ

Paşinyan sərhədin müəyyənləşdirilməsinə dair sənədi imzalamaqdan İMTİNA ETDİ

26 May 2021
Baxış: 957

Nikol Paşinyan sərhədin müəyyənləşdirilməsinə dair komissiya sənədini imzalamaqdan imtina etdiyini söyləyib.

AJMEDİA.info erməni portallarına istinad edırək xəbər verir ki, bu barədə Paşinyan Parlamentdə çıxışı zamanı deyib.

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Silahlı Qüvvələrinin Sünik və Qeqarkunik bölgələrindən çıxmayana qədər sərhədin müəyyənləşdirilməsinə dair komissiya sənədini imzalamaqdan imtina etdiyini bəyan edib.

Daha sonra o, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) sərhəddəki hadisələrə gec reaksiya verdiyinə və hərəkətsizliyinə görə narazılığını bildirib.

Nikol Paşinyan KTMT sərhəddəki problemi həll etməzsə, BMT Təhlükəsizlik Şurasına müraciət fikrini istisna etməyib.. Bundan əlavə, Azərbaycanın guya güc yolu ilə Sünikdən (Zəngəzur) Naxçıvana dəhliz almağa çalışdığını söyləyib.(konkret.az)